• Pipe rigate Pastası resepti

Reseptin məlumatları Baxış sayı: 12 254

Tarix : 28-08-2016, 16:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
»»250 qr Pipe rigate pastası
»»600 qr öz şirəsində konservləşdirilmiş
və blenderdə əzilmiş tomat pastası
»»1 diş sarımsaq
»»1 ədəd xırda soğan
»»Duz
»»Zeytun yağı
»»Dəfnə yarpağı

Hazırlanması:
Əlavə inqrediyentlər: Parmezan (sürtgəcdən keçirilmiş də olar, amma nazik dilimlərə kəsilmiş daha yaxşı olardı), ağ reyhan, zeytun yağı və qara bibər.
Qazana zeytun yağı tökmək.
Soğanı xırda doğramaq.
Yağ dağ olandan sonra bir diş sarımsağı əzib qızartmaq.
Doğranmış soğanı yağa əlavə etmək.
Şəffaf olana qədər qızartmaq, tomat pastasını tökmək və sous qatılaşanadək zəif odda 40 dəqiqə qaynatmaq.
Dəfnə yarpağı və duz əlavə etmək.
Bu zaman Pipe rigate pastasını “al-dente” halına qədər qaynatmaq.
Sudan çıxarmaq, suyunu süzmək və hazır sousu əlavə etmək.
Yaxşı qarışdırmaq.
Üzərinə nazik doğranmış parmezan və reyhan yarpaqlarını səpmək.
Zeytun yağı və üyüdülmüş qara bibər əlavə etmək.

Nuş olsun!
Etiketlər: etmək, əlavə, tökmək, xırda, qaynatmaq, yarpağı, zeytun, bibər, pastasını, tomat, pastası, rigate, qızartmaq, nazik, qədər, reyhan, Dəfnə, zaman, qatılaşanadək, Şəffaf
BİZİ İZLƏYİN