• Şəki pitisi resepti

Reseptin məlumatları Baxış sayı: 22859

Tarix : 26.08.2016, 17:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Şəki mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2




Tərkibi:
-Sümüksüz qoyun əti: 250 q (əzələ liflərinin olmadığı yumşaq hissələrdən)
-Noxud: 100 q
-Quyruq: 60 q
-Soğan: 1 baş (kiçik)
-Quru gavalı: 1 ədəd
-Duz, istiot, zəfəran, sumaq: Zövqə görə

Hazırlanması:
1) Noxud bir gün əvvəlcədən soyuq suda yumşalmağa qoyulur.

2) Ət orta ölçüdə doğranılır.

3) Soğan xırda-xırda doğranılır.

4) Quyruq piti qabının ağzını tutacaq ölçüdə, çoxda qalın olmamaqla yastı kəsilir.

5) Piti qabına əvvəcə altdan quru gavalı atılır sonar üzərinə noxud əlavə edilir, daha sonar doğranmış soğan, üzərinə doğranmış ət, ən sonda isə yastı kəsilmiş quyruq səliqə ilə qoyulur.

6) Piti qabının ağzından biraz əskik olana qədər soyuq su əlavə edilir.

7) İlk qaynamadan sonara ətin kəfi alınır, bundan sonar oçaq tamamən azaldılır və vam odda bişirilir.

8) Noxudlar yumşalana yaxın duz və zəfəran (əsl zəfəran olması məsləhətdir) əlavə olunur.

Noxudlar tam yumşaldıqda piti bişmiş hesab olunur.

Sumaq və istiyot süfrədə əlavə olunur.

Nuş olsun!

Etiketlər: əlavə, zəfəran, sonar, olunur, qoyulur, soyuq, doğranılır, Noxudlar, yastı, doğranmış, edilir, üzərinə, qabının, xırda, ölçüdə, Soğan, Noxud, gavalı, Quyruq, biraz
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN