• Penne rigate italyansayağı tomat sousu ilə resepti

Reseptin məlumatları Baxış sayı: 11 434

Tarix : 2-09-2016, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
»»500 qr Penne rigate pastası
»»200 qr Cherry pomidorları
»»200 qr konservləşdirilmiş pomidor
(və ya tomat sousu)
»»2 diş sarımsaq
»»Reyhan
»»Üyüdülmüş qırmızı acı bibər
»»Duz

Hazırlanması:
Əgər sizdə Cherry pomidorları yoxdursa adi pomidorları balaca kubiklərə doğrayıb istifadə edə bilərsiniz.
Adi pomidorların qabığı bərkdirsə, onu təmizləmək lazımdır.
Bunu etmək üçün pomidorları əvvəlcə 30 saniyə qaynar suda, sonra isə soyuq suda saxlamaq lazımdır.
Qabıq özü çıxacaq. Cherry pomidorlarını tən ortadan bölmək.
İsidilmiş tavaya bir qədər zeytun yağı əlavə etmək.
Xırda doğranmış sarımsaq və acı bibər atmaq.
Pomidorları çəngəl ilə yaxşı əzin və qızardılmış sarımsaq şirəsində 5 dəqiqə saxlayıb çıxarın.
Öz şirəsində olan pomidor bankasını açmaq, içindəkiləri tavaya boşaldıb 10 dəqiqə pörtlətmək.
Ən sonda xırda doğranılmış reyhanı əlavə etmək və duzlamaq (zövgə görə).
“Al-dente” halına qədər qaynadılmış Penne rigate pastasını tavada olan sousa əlavə etmək, qarışdırmaq və isitmək.
Hazırdır.

Nuş olsun!
Etiketlər: pomidorları, etmək, Cherry, sarımsaq, əlavə, dəqiqə, bibər, lazımdır, pomidor, qədər, rigate, şirəsində, Penne, tavaya, »»200, saxlayıb, çıxarın, bankasını, atmaq, doğranmış
BİZİ İZLƏYİN