• Penne rigate ilə qaymaqlı qraten resepti

Reseptin məlumatları Baxış sayı: 11 650

Tarix : 28-08-2016, 20:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
»»500 qr Penne rigate pastası
»»1,5 litr süd
»»Duz
»»Cövüz
»»Üyüdülmüş qara istiot
»»120 qr kərə yağı
»»90 qr un
»»600 qr qatı qaymaq
»»150 qr Çedder və ya Qrüyer pendiri

Hazırlanması:
Sobanı 180°C dərəcəyədək isitmək.
Dərin tavaya süd və 3 xörək qaşığı duz əlavə etmək.
Südün içinə cövüz əlavə edib istiot vurmaq.
Güclü odda qaynatmaq. Qaynayan südə Penne rigate pastası əlavə etmək və 3-4 dəqiqə qaynatmaq.
Süzgəci bir qabın üstünə qoymaq və makaronları üzərinə atıb, südü qaba süzmək.
Qazanı suyun altında yaxalamaq və kərə yağını onda əritmək.
Un səpmək, çəngəl ilə qarışdırmaq və hələ soyumamış südə əlavə etmək.
Qaynayanadək qarışdırmaq. Qazanı oddan götürmək, zövgə görə duz və istiot əlavə etmək.
Asta-asta qarışdıraraq qaymaq əlavə etmək.
Üzərinə pasta qoyub yaxşıca qarışdırıb, alınan qarışıqla qaba yerləşdirmək.
Pendirin ¾ hissəsini sürtgəcdən keçirmək.
Qalan pendiri nazik dilimlərlə doğramaq.
Sürtgəcdən keçirilən pendiri alınan xörəyin üstünə səpmək, üzərinə pendir dilimlərini qoymaq.
Formanı sobaya 30 dəqiqəlik yerləşdirmək.
Alınan yeməyi soyumamış dərhal süfrəyə vermək.

Nuş olsun!
Etiketlər: əlavə, etmək, istiot, pendiri, alınan, Penne, Qazanı, üstünə, üzərinə, rigate, qaymaq, soyumamış, pastası, qarışdırmaq, qaynatmaq, qoymaq, səpmək, yerləşdirmək, qarışdırıb, qarışıqla
BİZİ İZLƏYİN