• Tərəvəzlər ilə krevet resepti

Reseptin məlumatları Baxış sayı: 12 485

Tarix : 2-11-2017, 18:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Lobya sousu:
1 fincan balıq bulyonu
3 xörək qaşığı sake
1 xörək qaşığı mirin (yapon düyü şərabı)
¼ xörək qaşığı soya sousu
¼ çay qaşığı duz

Krevet sousu:
4 yaxşı çalınmış yumurta sarısı
6 xörək qaşığı balıq bulyonu
1 xörək qaşığı mirin
¼ fincan sake
½ xörək qaşığı duz

Tərəvəzlər:
1 böyük kök
1 orta brokkoli
1 bambuk cücərtisi
1 fincan dasi (yapon bulyonu)
½ fincan sake
3 xörək qaşığı mirin
3 xörək qaşığı soya sousu

Hazırlanması:
Bambuk cücərtisini zolaqlara, brokkoli çiçəklərini kiçik hissələrə, kökü isə "gül” formasında doğrayın. Brokkoli və kökü bir az suda bişirin və sonra soyuması üçün gözlədin.
Balıq bulyonunu, soya sousunu və mirini qarışdırıb duz qatın, qazanda bişirin. Sonra bambuk və kökü qatıb, yavaş odda, ağır qapaq altında 6 dəqiqə bişirin - bambuk açıq qəhvəyi rəng alana qədər. Süfrəyə verməzdən əvvəl tərəvəzlərin üzərinə bulyon gəzdirin və brokkoli çiçəkləri ilə onları bəzəyin.
Quyruqlarını saxlayaraq krevetləri soyun, bir az duz qatın, sonra hərəsini kartof nişastasına batırın, artıq nişastanı silkin. İki stəkan suyu qaynadın, krevetləri bu suda 10 saniyədən çox olmayaraq bişirin. Suyu boşaldın, soyuq suda yaxalayın və kənara qoyun.
İki stəkan suyu qaynadın, lobyanı təmizləyib 1,5 santimetrlik diaqonal zolaqlara doğrayın. Duz qatın, təxminən 8 dəqiqə lobyanı suda bişirin, sonra suyu boşaldın, soyuq su ilə yaxalayın. Bir qazanda lobya sousu üçün inqrediyentləri qarışdırın və onları qaynadıb lobyanı əlavə edin.
Krevet sousu üçün inqrediyentləri başqa qabda qarışdırın, qayanadın və krevetləri əlavə edin, odu azaldıb yavaşca yumurta sarısı əlavə edin. Sonra ağzı bağlı, təxminən iki dəqiqə ərzində bişirin.

Süfrəyə verilmə
Krevetləri böyük bir boşqaba qoyun, lobya ilə bəzəyin. Tərəvəzləri ayrıca süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, bişirin, sousu, fincan, bambuk, brokkoli, əlavə, dəqiqə, krevetləri, sonra, qatın, mirin, lobyanı, bulyonu, yaxalayın, boşaldın, soyuq, qoyun, Süfrəyə
BİZİ İZLƏYİN