• Lazanya – makarondan hazırlanmış zapekanka resepti

Reseptin məlumatları Baxış sayı: 15 634

Tarix : 11-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Qəlyanaltılar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 banka pomidor
1 banka tomat pastası
1 yunan balqabağı
1 badımcan
2 orta soğan
3 sarımsaq dişi
2 bibər
500 q döyülmüş ət
500 q kəskin ətirli pendir
250 q pendir
Makaron

Pendir sousu:
2 süfrə qaşığı kərə yağı
4 süfrə qaşığı un
2 fincan süd

Ədviyyatlar:
doğranmış cövüz, reyhan, qaraqınıq, istiot, duz, bir çimdik paprika

Əlavə olaraq:
tavaya yaxmaq üçün kərə yağı.

Hazırlanması:
Makaronları bir az duzlanmış suda təxminən 5 dəqiqə ərzində bişirin. Onları çıxardın və ayrıca düzün ki, bir birinə yapışmasın.
Doğranmış pomidorları bir qazanda qarışdırın; reyhanı və qaraqınığı, sonra isə doğranmış badımcanı, yunan balqabağını, bibəri əlavə edin. Zəif odda yağda qızardın. Həmin vaxtda soğanı doğrayın, duzu və istiotu qatın və hamısını qızardın.
Qızartmağın sonunda doğranmış sarımsağı əlavə edin və bir az da qızardın. Sonra bu qarışığı sousa əlavə edin.
Ətlə soğanı 8-12 dəqiqə ərzində zəif odda qızardın. Ət hazır olandan sonra pomidoru əlavə edin və bir az da qızardın.
Sousu əlavə edin. Zövqə uyğun duz-istiot qatın. Oddan götürün.
Pendir sousunu hazlrlayın: Kərə yağını tavanda əridin, unu əlavə edin. Un ağ olana kimi hamısını bir az qızardın, sonra daima qarışdıraraq qatı krem konsistensiyasına gələnə qədər südü yavaş-yavaş əlavə edin. Sonra isə pendiri əlavə edin və pendir əriyənə qədər bişirin. İstiotu və cövüzü qatın
Tavanın dibinə kərə yağı yaxın. Sonra isə sıra ilə makaronu, pendir sousunu və əti qat-qat düzün, üstündən isə doğranmış pendiri qoyun, ərzaqlar qurtarana kimi qatları düzməyə davam edin.
Üstünə pendir və reyhanı səpin.
109 C° temperaturda 30 dəqiqə sobada bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qızardın, pendir, doğranmış, qatın, sonra, Sonra, dəqiqə, bişirin, istiot, ərzində, düzün, soğanı, yavaş, pendiri, qədər, sousunu, hamısını, reyhanı, banka
BİZİ İZLƏYİN