• Siciliya spagettisi – tunes balıqlı İtalyan makaronu resepti

Reseptin məlumatları Baxış sayı: 13 968

Tarix : 10-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qr spagetti
4 ədəd pomidor
100 qr yağda tunes balığı
yarım cəfəri yaxşıca doğranmış
limon qabığı - yarım limondan
4 xörək qaşığı zeytun yağı
istiot, duz

Hazırlanması:
İtalyan dilində “dişə görə” mənasını verən, “al dente” olana qədər spagettini bişirin. İdeal olaraq bişirildiyi zaman, o möhkəm, azca bərk olmalıdır (lakin həddən artıq yox). O, çoxlu miqdarda duzlu suda qaynadılmalı və süzülməlidir.
Pomidorları soyun, toxumlarını çıxarın və doğrayın. Sarımsaq əzin. Cəfərini yuyun və doğrayın.
Tunesi yağdan süzün və kiçik parçalara ayırın.
Tavanı qızdırın və sarımsağı qızardın, tunes, pomidor və istiot əlavə edin. Təxminən 10 dəqiqə qızardın.
Makaron əlavə edin, 4 dəqiqəyə qədər aşağı istilikdə qızardın və hər şeyi yaxşıca qarışıdırın.
Süfrəyə verilmə:
Üstünə cəfəri səpin və limon qabığı əlavə edin.

Nuş olsun!
Etiketlər: qızardın, əlavə, limon, qabığı, istiot, yaxşıca, qədər, doğrayın, tunes, pomidor, yarım, cəfəri, süzün, Pomidorları, parçalara, yağdan, kiçik, yuyun, ayırın, çıxarın
BİZİ İZLƏYİN