• Pain à l’ail – Fransız sarımsaq bageti resepti

Reseptin məlumatları Baxış sayı: 10 911

Tarix : 29-08-2016, 17:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 baget
4 diş iri sarımsaq
2 xörək qaşığı doğranmış cəfəri
2 xörək qaşığı doğranmış reyhan
1 fincan sürtkəcdən keçirilmiş Çedar, Parmesan və ya başqa bərk pendir
1 çayqaşığı duz
7 xörək qaşığı kərə yağı
6 xörək qaşığı zeytun yağı

Hazırlanması:
Yağı əridin və sonra zeytun yağı, doğranmış sarımsaq və duz əlavə edin. Hamar tərkibdə olanadək hamısını qarışdırın
Doğranmış cəfəri əlavə edin və yavaşca qarışdırın.
İndi isə, bageti iki hissəyə ayıra bilərsiz və 2-3 sm uzunluqda sendviçlər hazırlamaq üçün hər yarını az qala axırına kimi kəsin. Kəsdiyiniz hissələrə sarımsaq kürüsü əlavə edin və həmçinin, bagetlərin ən üstünə bir qədər kərə yağı sürtün.
İndi isə, hər bir bageti aluminium folqaya bükün, 180° C-lik peçdə 10-12 dəqiqə bişirin
Bagetləri peçdən çıxardıqdan sonra, onları folqadan açın, üzərinə pendir səpin və peçdə əlavə 5 dəqiqə qızardın
Süfrəyə verilməsi:
Qəhvəyi rəngi almış və xırçıldayan bagetlər peçdən çıxarılmalı, kiçik hissələrə bölünməlidir. Süfrəyə isti verilməlidirlər. Onları xırçıldatmaqdan həzz alın.

Nuş olsun!
Etiketlər: əlavə, xörək, qaşığı, sarımsaq, doğranmış, sonra, pendir, zeytun, qarışdırın, bageti, Süfrəyə, peçdən, dəqiqə, peçdə, hissələrə, cəfəri, üzərinə, sürtün, folqadan, onları
BİZİ İZLƏYİN