• Ratatuy – Nitsanın tərəvəz xörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 11 584

Tarix : 4-09-2016, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kilo yetişmiş pomidor
2 müxtəlif rəngli bibər
1 böyük badımcan
1 yemək qaşığı duz
¾ stəkan zeytun yağı
1 yunan balqabağı
1 sukkini
2 böyük soğan
3 böyük sarımsaq dişi
100 ml quru qırmızı şərab
3-4 təzə kəklikotu budağı
5 yemək qaşığı təzə doğranmış cəfəri
5 yemək qaşığı təzə doğranmış reyhan
təzə döyülmüş istiot limon şirəsi

Hazırlanması:
Badımcanı yuyun və kublara doğrayın.
Üstunə duz səpin və ələkdə 25 dəqiqə saxlayın ki, qurusun.
Pomidorları təmizləyin, dörd hissəyə yarın və toxumları çıxardın.
Soğanı, sukkinini, bibərləri və balqabağları kublara doğruyun.
Yağı boyük tavada isidin, sukkinini və balqabağı əlavə edin, və darçını rəng alana qədər 4-6 dəqiqə onları qızardın. Onları qurudun və ayrı qaba qoyun. Zeytun yağının 2 süfrə qaşığını qızmış tavaya tökün və bıbərləri 5 dəqiqə ərzində qızardın. Sonra onları başqa tərəvəzlərlə bir qaba qoyun.
Badımcanı yuyun və qurudun, 3-4 süfrə qaşığı isti yağda qızardın. Diqqət yetirin ki, onlar yanmasın .6-8 dəqiqədən sonra, yəni badımcan açıq darçını rəng alandan və yumşalandan sonra onları qalan tərəvəzlərlə bir qaba qoyun.
Tavaya yağın 3 yemək qaşığını tökün, sonra isə soğanı və doğranmış sarımsağı tavaya qoyun, şərabı süzün və buxarlana qədər gözləyin. Sonra pomidorları, kəklikotunu və 2 yemək qaşığı cəfərini əlavə edin. 8-12 qəqiqə aşağı temperaturda bişirin.
Bundan sonra bütün tərəvəzləri əlavə edin və hamısını aşağı temperaturda 12 dəqiqə ərzində bişirin. Tərəvəzlər yumşalandan sonra, onları oddan götürün, cəfəri və 4 yemək qaşığı reyhan ilə ehtiyatla qarışdırın.
Duz, istiot, təzə sıxılmış limon şirəsi və qalan reyhanı əlavə edin.
Süfrəyə verilmə:
Xörəyi süfrəyə isti və ya soyuq verin. O, xırtıldayan bagetlər və ya təzə hazırlanmış makaron ilə yaxşı uyğunlaşır.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, sonra, dəqiqə, onları, əlavə, qoyun, doğranmış, qızardın, böyük, qurudun, badımcan, süfrə, qədər, kublara, sukkinini, darçını, tavaya, tökün, aşağı
BİZİ İZLƏYİN