• Marinada qoyulmuş qızılbalıq resepti

Reseptin məlumatları Baxış sayı: 12 020

Tarix : 27-08-2016, 21:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q yaşıl mərci
3 tikə sümüklərdən təmizlənmiş təzə qızılbalıq
1 şalot soğanı kublara doğranılmış kökün yarısı
1 sarımsaq dişi
3 qara istiot dənəsi dəfnə yarpağı

Sous:
1 ½ yemək qaşığı soya sousu
1 yemək qaşığı yağ
bir çimdik doğranılmış zəncəfil bir çimdik vasabi tozu
kublara doğranılmış şalot soğanı

Marinad:
½ stəkan su
¼ stəkan limon şirəsi
½ stəkan yüngül soya sousu
bir çimdik doğranılmış zəncəfil
bir böyük çimdik vasabi tozu
doğranılmış sarımsaq dişi

Hazırlanması:
Marinadın inqrediyentlərini qarışdırın, əmələ gəlmiş qarışığı qızılbalığın üstünə tökün, sonra isə onu bir neçə saata soyuducuya qoyun.
Mərcini istiot dənələri, sarımsaq və dəfnə yarpağı ilə bişirin, sonda duzu qatın. Bişirilmiş mərci bərk qalmalıdır.
Kökü bir az suda qaynadın, qurudun və soyuq suya qoyub soyudun ki, bərk qalsın.
Mərcini, kökü, şalot soğanını və sousu qarışdırın. Bir müddət gözləyin ki, dadlar bir birinə qarışsın.
Qızılbalığı marinaddan çıxardın, qurudun, nazik dilimlərə doğrayın.
Süfrəyə verilmə:
Dilimləri boşqaba düzün, üstünü mərci salatı ilə örtün.

Nuş olsun!
Etiketlər: doğranılmış, çimdik, şalot, sousu, sarımsaq, stəkan, mərci, qaşığı, yemək, zəncəfil, qarışdırın, vasabi, dəfnə, yarpağı, soğanı, qurudun, Mərcini, kublara, istiot, gözləyin
BİZİ İZLƏYİN