• Penne Rigate Arabyata sousu ilə resepti

Reseptin məlumatları Baxış sayı: 14 802

Tarix : 28-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Souslar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Penne rigate - 500 q,
pomidor - 600 q,
sarımsaq - 2 diş,
zeytun yağı - 3 xörək qaşığı,
pekorino - 4 xörək qaşığı,
acı bibər - 1 ədəd,
cəfəri - zövqə görə,
duz - zövqə görə,
qara bibər - zövqə görə.

Hazırlanması:
1) Pomidorları 10 saniyə qaynar suda saxlayın, qabığını və toxumlarını təmizləyin və kub şəklində doğrayın.
2) Xırda-xırda doğranmış sarımsağı və qırmızı acı bibəri zeytun yağında qovurun. Pomidorları əlavə edib, 5 dəqiqə bişirin.
3) Çox miqdarda duzlu suda Penne rigate Lafarellanı "al-dente" vəziyyətinə çatanadək qaynadın, suyunu boşaldın və sousla qatın, süfrəyə gətirməzdən əvvəl üzərinə rəndələnmiş pekorino və xırda doğranmış cəfəri səpin.

Nuş olsun!
Etiketlər: zövqə, cəfəri, pekorino, Pomidorları, xırda, doğranmış, qaşığı, bibər, xörək, rigate, Penne, zeytun, çatanadək, qaynadın, vəziyyətinə, miqdarda, suyunu, duzlu, Lafarellanı, dente
BİZİ İZLƏYİN