• Qurudulmuş pomidor souslu makaron resepti

Reseptin məlumatları Baxış sayı: 11 777

Tarix : 6-09-2016, 21:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1. 400 qr Penne Rigate makaronu
2. 250 qr qurudulmuş pomidor
3. 2 baş sarımsaq
4. Yarım stəkan rəndələnmiş Parmesan pendiri
5. 1 stəkan miqdarında təzə reyhan
6. Duz, istiot

Hazırlanması:
Blenderlə qurudulmuş pomidoru, sarımsağı, duzu, istiotu və reyhanları qarışdırın. Daha sonra pendiri də əlavə edin. Makaronu 10 dəqiqə qaynadın, suyundan 1 stəkan ayırıb süzün. Sonra makaronun üzərinə sosu əlavə edin və ayırdığınız suyu da üzərinə töküb qarışdırın.

Nuş olsun!
Etiketlər: stəkan, pendiri, qurudulmuş, üzərinə, qarışdırın, əlavə, suyundan, qaynadın, dəqiqə, sonra, Makaronu, süzün, töküb, olsun, ayırdığınız, makaronun, reyhanları, Sonra, ayırıb, pomidoru
BİZİ İZLƏYİN