• Sobada toyuq kababı resepti

Reseptin məlumatları Baxış sayı: 19 024

Tarix : 29-08-2017, 09:30

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- toyuq filesi – 2 əd.;
- bitki yağı – 2 x.q.;
- sarımsaq – 2 diş;
- şəkər tozu – 1 x.q.;
- keşniş – 1 x.q. (qurudulmuş və ya təzə);
- istiot və duz zövqə görə.

Hazırlanması:
Çöp şişləri 30 dəqiqə suda saxlayırıq. Toyuq filesini zolaq şəklində doğrayırıq.

Bitki yağı, sıxılmış sarımsaq, şəkər tozu, kişniş, istiot və duzu qarışdırırıq . Sonra doğranılmış toyuq filesini çöp şişlərə keçirib, hazırlanmış qarışığın içində 2 saat saxlayırıq.

Daha sonra sobanı 200 dərəcədə isidib şişləri formaya (sobanın qabına) yerləşdirib 20 dəqiqə ərzində bişiririk.

Kabab bişdikdə qızılı rəngdə olmalıdır. Şişləri bir dəfə çevirməyi unutmayın.

Nuş olsun!
Etiketlər: şişləri, dəqiqə, saxlayırıq, toyuq, istiot, filesini, şəkər, sarımsaq, formaya, sobanın, qabına, unutmayın, dərəcədə, sonra, sobanı, yerləşdirib, isidib, bişiririk, çevirməyi, rəngdə
BİZİ İZLƏYİN