• Qabaq ilə qraten resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 901

Tarix : 2-09-2016, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq qabaq
1-2 pomidor
100 q bərk pendir
500 ml süd
60 q kərə yağı (+20 q üzərinə)
1 x.q. un
bitki yağı (formanı yağlamaq üçün)
muskat cevizi
duz
istiot

Hazırlanması:
Qabaqları 0,5 sm qalınlıqda fal-fal doğrayın. Sinini bitki yağı ilə yağlayıb qabaqları içinə düzün. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə, qızılı rəng alanadək bişirin. Əgər şəbəkə varsa, onun üzərində bişirmək daha yaxşıdır.

Qabaqların yarısını odadavamlı qaba (28x28 sm) yığın. Duz-istiot vurun. Üzərinə doğranmış pomidor düzün.

Beşamel: kərə yağını əridin, un səpib yaxşıca qarışdırın. Lopa qalmasın. Nazik axınla südü əlavə edin, duz, istiot, muskat cevizi qatıb vam odda qatılaşanadək qarışdıra-qarışdıra bişirin.

Pendiri sürtgəcdən keçirin. Sousu pomidorların üzərinə gəzdirin. Pendirin yarısını səpin. Qabaqların qalanını da döşəyin, duz-istiot vurun. Pendirin qalanını üstünə səpin.

280 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.


Qabaq ilə qraten resepti - FOTO RESEPT

Qabaq ilə qraten resepti - FOTO RESEPT

Qabaq ilə qraten resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: istiot, bişirin, dəqiqə, sobada, qızdırılmış, dərəcə, yarısını, səpin, qalanını, Pendirin, qarışdıra, vurun, düzün, Qabaqların, üzərinə, cevizi, muskat, pomidor, bitki, qatılaşanadək
BİZİ İZLƏYİN