• Kartoflu fokaççini resepti

Reseptin məlumatları Baxış sayı: 12 731

Tarix : 4-09-2016, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
150 ml isti süd
50 q kərə yağı
12.5 q yaş maya
6 q duz
200 q kartof püresi

Hazırlanması:
Kartofu suda bişirib qabığını soyun, püre halına salın.

Unu yaş maya ilə yaxşıca qarışdırın. Yumşaq kərə yağı, isti süd qatıb xəmir yoğurun. Duz və kartof püresi əlavə edin. 5 dəqiqə yoğurun. Xəmir yumşaq olmalıdır.

Xəmiri kündələyib isti yerə qoyun. Həcmi iki dəfə artandan sonra 0.5 sm qalınlıqda yayın. 5 sm diametrli dairələr kəsin. Perqament döşənmiş formaya düzüb əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qızılı rəng alanadək bişirin.

Bişdikdən sonra üzərinə sarımsaqlı yağ və iri duz da səpə bilərsiniz.

Fokaççinini tavada da bişirmək olar.

Fokaççinini ortadan iki böləndə içi boş olur. Həmin boşluğa salat, pendir və s. doldurmaq olar.

Nuş olsun!
Etiketlər: dəqiqə, sonra, Fokaççinini, yoğurun, kartof, püresi, sobada, qızdırılmış, qızılı, alanadək, bişirin, dərəcə, pendir, döşənmiş, formaya, düzüb, əvvəlcədən, Bişdikdən, üzərinə, ortadan
BİZİ İZLƏYİN