• Krayşnik piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 11952

Tarix : 2.09.2016, 17:00

Bölmə : Quru yeməklər, Duzlu xəmir işləri, Börəklər, Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
xəmir:
350 q un
180 ml isti su
7 q quru maya
1 ç.q. şəkər tozu
1 ç.q. duz
2 x.q.q zeytun yağı

:
göy soğan
1 banka (400 q) öz şirəsində pomidor
duz
istiot
kəklikotu qurusu
250 q qızılbalıq filesi
1 x.q. zeytun yağı
300 q motsarella
3 yumurta
1 ç.q. limon şirəsi
2 x.q. 20%-li qaymaq
40 q adi pendir

Hazırlanması:
Xəmir üçün göstərilən ərzağı qarışdırıb yoğurun. 2 saat isti yerdə saxlayın.

Pomidorları suyu buxarlanınca bişirin. Soğanı xırdalayıb əlavə edin, 2 dəqiqə bişirin. Başqa qaba yığın.
Elə həmin tavaya zeytun yağı töküb qızılbalığı ala-çiy bişirin.
Ayrı qabda yumurta, qaymaq, sürtgəcdən keçirilmiş motsarella, 2 yumurta və 1 yumurtanın ağını qarışdırın. (Yumurtanın sarısı üstünə çəkiləcək).

Gəlmiş xəmiri yayın. Ortasına pomidorla soğanı, qızılbalıq tikələrini düzün. Kənarlarını yumrulayıb qaldırın. Üzərinə yumurta ilə qaymaq qarışığı çəkin, sürtgəcdən keçirilmiş pendir səpin.
200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, yumurta, qaymaq, zeytun, motsarella, dəqiqə, sürtgəcdən, keçirilmiş, qızılbalıq, pendir, dərəcə, Yumurtanın, sarısı, üstünə, Gəlmiş, çəkiləcək, qarışdırın, ağını, olsun, qabda
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN