• Fransız kotletləri resepti

Reseptin məlumatları Baxış sayı: 14 476

Tarix : 18-01-2017, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
600 q qiymə (qarışıq da ola bilər)
1 yumurta
100 q göbələk (bişmiş, yaxud konserv)
100 q göy noxud konservi
1 dilim çörək
50 ml süd
1 baş soğan
duz
qara istiot
un
bitki yağı

Hazırlanması:
Çörəyi süddə 10-15 dəqiqə saxlayın. Sıxıb çəngəllə əzin. Qiyməyə əlavə edin. Həmçinin xırda doğranmış soğanı və göbələyi, göy noxud, yumurta, duz-istiot qatıb yaxşıca yoğurun.

Əlinizi isladıb kotletlər tutun. Boşqaba un töküb kotletləri una batırın.

Bitki yağını tavada qızdırın. Kotletləri o üz-bu üz qızardın.

Nuş olsun!
Etiketlər: istiot, noxud, yumurta, tutun, Əlinizi, isladıb, kotletlər, yaxşıca, doğranmış, soğanı, göbələyi, qatıb, yoğurun, töküb, tavada, qızdırın, Kotletləri, qızardın, yağını, Bitki, Cemli
BİZİ İZLƏYİN