• Qırmızı bibər puresi ilə spagetti resepti

Reseptin məlumatları Baxış sayı: 12 824

Tarix : 9-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Lafarella spaghetti - 450 qr
Zeytunyağı - 2 x.q.
Qırmızı bibər - 450 qr incə dilimlənmiş
Qırmızı soğan - 1 orta boy
Pomidor - 1 ədəd
Şəkər tozu- 1/2 ç.q.
Duz
Qara istiot

Hazırlanması:
Lafarella makaronunu lazımi qaydada qaynadın. Tavada qızdırılmış zeytun yağının üzərinə bibərləri və soğanları əlavə edərək 5 dəqiqəyə qədər bişirin.
2 stəkan su, dilimlənmiş pomidorları, şəkər tozunu və 3/4 çay qaşığı duzu da bu qarışığa əlavə edərək 15 dəqiqə qaynadın. Bişən sousu bir az soyudub blenderlə püre halına gətirin.
Spagettini süzüb böyük və geniş bir qaba qoyduqdan sonra sousu da onun üzərinə əlavə edərək qarışdırın. Spagettinin sousu içinə çəkməsi üçün 2 dəqiqə gözləyin və daha sonra zövqə görə bəzəyərək süfrəyə verəndə Bon appetit deməyi unutmayın!

Nuş olsun!
Etiketlər: əlavə, edərək, sousu, qaynadın, üzərinə, dəqiqə, Qırmızı, Lafarella, sonra, dilimlənmiş, geniş, böyük, gətirin, soyudub, Bişən, blenderlə, halına, Spagettini, süzüb, Spagettinin
BİZİ İZLƏYİN