Tərkibi:6 ədəd kartof
50 ml. süd
2 yumurta
100 q. çörək suxarisi
100 q. holland pendiri
50 q. kərə yağı
50 q. bitki yağı
Duz və istiot zövqə görə
Hazırlanması:- Kartofları qaynadıb sürtgəcdən keçiririk.
- Ayrıca qabda yumurtaları qırıb çalırıq, duz, istiot əlavə edirik.
- Pendiri uzunluğu 5sm, eni və hündürlüyü 1sm olan çop formasında (paralelepiped formasında) doğrayırıq.
- Kartofa bir az süd və yumurtanı əlavə edirik. Alınan qarışıq bərk maye formasında olmalıdır ki, onu formaya sala bilək
- Tavada bitki yağını yaxşıca qızdırırıq
- Kartofdan bir az götürüb, ovucumuzun içində yumrulayırıq, pendir çöpünü arasına qoyub elə yumrulayırıq ki, pendir kartofun içində olsun, hər tərəfdən kartıfla örtülsün.
- Alınmış kartof çöpünü suxariyə batırıb tavaya qoyuruq, hər iki tərəfini qızardırıq
- Xırtıldayan kartof qabığının və yumşaq pendir yeməyi fövqəladə dad verir.
Nuş olsun!
Etiketlər: formasında, kartof, pendir, edirik, çöpünü, əlavə, içində, yumrulayırıq, istiot, bitki, olsun, qızdırırıq, kartofun, tərəfdən, qoyub, ovucumuzun, götürüb, arasına, Kartofdan, kartıfla