• Paştet resepti

Reseptin məlumatları Baxış sayı: 24 012

Tarix : 9-09-2016, 21:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Mal qaraciyəri -750 q
yumurta- 4 ədəd
baş soğan - 3 ədəd
yerkökü - 1 ədəd
qoz - 0,5 st.
kərə yağı - 200q (yumşaq)
zövqə görə- duz,istiot

Hazırlanması:
- Yerkökü və yumurtaları bişiririk.
- Qaraciyərin üzərindəki nazik pərdəni təmizləyib, xırda doğrayıb yuyuruq, qazanda 30-40 dəq (qaynadıqdan sonra) bişiririk.
- baş soğanı yarımhalqa şəklində doğrayırıq,yağda qızardırıq
- bütün ərzaqlar hazır olduqdan sonra 3 dəfə hamısını bir yerdə ətçəkən maşından keçiririk.
- zövqə görə duz,istiot əlavə edirik
- sellofanın üzərinə paşteti 3-4 mm qalınlığında yayırıq
- üzərinə yumşaq kərə yağını çəkirik
- sellofanın köməyi ilə rulet şəklində bükürük
- hazır ruleti həmin sellofana büküb, gecədən səhərə qədər soyuducuya qoyuruq
- səhər doğrayıb süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: sonra, doğrayıb, şəklində, sellofanın, üzərinə, bişiririk, hazır, zövqə, istiot, yumşaq, yağını, yayırıq, çəkirik, köməyi, rulet, qalınlığında, paşteti, əlavə, edirik, soğan
BİZİ İZLƏYİN