• Limonlu yarpaq ciyər resepti

Reseptin məlumatları Baxış sayı: 13 648

Tarix : 25-01-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
• 350 qram ciyər
• 1 ədəd limon
• Un
• Kərə yağı
• Zeytun yağı
• Ağ şərab
• Duz
• İstiot

Hazırlanması:
İlk öncə ciyəri yarpaq şəklində kəsin. Sonra duzlaynr və una batırın. Tavanı qızdırın, içinə zeytun və kərə yağı tökün. Kənarda unlanmış və duzlanmış ciyərləri tavaya qoyub 2 dəqiqə hər iki tərəfini də qızardın. Daha sonra tavadan götürüb ayrı bir boşqaba qoyun. Kərə yağını əridərək üstünə tökün. Limonu halqa şəklində dilimləyib tavaya düzün. Ciyərləri limon dilimlərinin üstünə qoyduqdan sonra üzərinə 1/3 stəkan ağ şərab tökün. Tavanın qapağını örtüb bir neçə dəqiqə bişirin. Daha sonra ciyərləri limonlarla süfrəyə verə bilərsniz.

Nuş olsun!
Etiketlər: tökün, sonra, üstünə, tavaya, ciyərləri, dəqiqə, şəklində, limon, şərab, halqa, dilimləyib, düzün, qoyun, yağını, Limonu, əridərək, dilimlərinin, bişirin, örtüb, limonlarla
BİZİ İZLƏYİN