• Toyuqlu kalzone resepti

Reseptin məlumatları Baxış sayı: 15 867

Tarix : 11-09-2016, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
Su - 120 ml
Yağ (günəbaxan ) - 2 x.q
Maya (quru) - 1,5 ç.q
Şəkər tozu - 1 ç.q
Un (buğda) - 250 q
Duz - 1 çimdik

İçlik üçün:
Toyuğun döş əti - 300 q
Pomidor - 2 ədəd
Quru reyhan - 1 q
Qara istiot - 1 q
ispanaq ( təzə) - 70 q
göy soğan - 6 ədəd
Ağ pendir - 70 q
Duz - zövqə gorə

Hazırlanması:
İçlik:
- Toyuğun döş ətini sümüklərdən ayırırıq ( hazır filedən daha dadlı olur)
- Toyuğun filesini xırda-xırda doğrayırıq
- Duru yağda ( az miqdarda) qızardırıq
- İspanağı istənilən formada doğrayırıq
- Pomidoru dilimlərlə doğrayırıq
- İspanağı hazır olmuş toyuq ətinə əlavə edib qarışdırırıq və odun ustundən götürürük
- quru reyhan, duz və istiot səpirik
- hazır olmuş içliyi soyuduruq
Xəmir :
- iliq suya maya və şəkər tozunu əlavə edirik
- ayrica qabda yağ, duz və unu qarışdırırıq
- mayalı qarışığı da əlavə edib, xəmir yoğururuq
- xəmiri 30 dəq isti yerə qoyuruq
- xəmir hazır olduqdan sonra 3 kündəyə bölürük
- pendiri sürtgəcdən keçiririk
- xəmiri yumru şəkildə yayırıq
- bir qirağından toyuq ətinin 1/3 hissəsini, pomidor dilimlərinin 1/3 hissəsini qoyub, üzərinə sürtgəcdən keçirilmiş pendirin 1/3 hissəsini səpirik
- üstünü xəmirlə örtürük, qıraqlarını qutabda olduğu kimi və ya şəkərburanın qırağı kimi bükürük
- bu qayda ilə 3 kalzone hazırlayırıq
- SOBA listinə perqament kağızı sırib, kalzoneləri yığırıq
- kalzonenin üstündə 2-3 yerdən kəsiklər edirik
- 180 dərəcə qızdırılmış SOBAda qızılı rəng alana qədər 20 dəq bişiririk
- İsti - isti süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: hazır, əlavə, doğrayırıq, Toyuğun, hissəsini, toyuq, İspanağı, xırda, olmuş, səpirik, sürtgəcdən, Xəmir, xəmir, edirik, qarışdırırıq, xəmiri, İçlik, reyhan, istiot, olduğu
BİZİ İZLƏYİN