• Burekas resepti

Reseptin məlumatları Baxış sayı: 13 993

Tarix : 30-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
un - 4 st
kefir - 200 q
kərə yaği - 200 q
sirkə - 1 x.q
zeytun yaği - 1 x.q
küncüt - 1 x.q
yumurta sarisi - 1 ədəd

İçlik üçün:
Badımcan - 2 ədəd
feta pendiri - 200 q
keşniş - 1/2 dəstə
duz -zövqə görə

Hazırlanması:
- badımcanları 180 dərəcə qızdırılmış SOBAda 25-30 dəq bişiririk
- Badımcan bişənə qədər Xəmiri hazırlayırııq. Yağ yumşaq olmalıdır, kefir soyuq olmalıdır, unu ələkdən keçirdirik, kefir, kərə yağı əlavə edib, kombaynda qarışdırırıq. 5 dəq qoyuruq qıarağa
- sonra yene qarışdırırıq, sirkə , zeytun yağı əlavə edirik, xəmir yoğururuq. xəmiri kündələyib, 30 dəq -lik soyuducuya qoyuruq.
- badımcanları soyuruq, xırda - xırda doğrayırıq. Pendir və göyərtini də doğrayırıq, duzlayıb qarışdırırıq.
- xəmiri soyuducudan çıxardırıq. stolun üstünə un səpib xəmiri düzbucaqlı şəkildə 5 mm qalınlığında yayırıq. sonra eni 7 sm olan zolaqlar şəklində kəsirik
- içliyi xemirin bir qırağından elə qoyuruq ki, digər tərəfini bükəndə üçbücaq alınsın
- yumurta sarısını 1 qaşıq su ilə qarışdırırıq, burekasların üzərinə çəkirik və küncüt səpirik
- SOBAnı 180 dərəcəyə qədər qızdırırıq, listə perqament kağızı səririk, 30 dəq qızılı rəng alana qədər bişiririk.

Nuş olsun!
Etiketlər: qarışdırırıq, xəmiri, qoyuruq, qədər, kefir, əlavə, bişiririk, sonra, doğrayırıq, xırda, badımcanları, olmalıdır, küncüt, Badımcan, yumurta, sirkə, zeytun, digər, qırağından, şəkildə
BİZİ İZLƏYİN