• Kahılı Elvis burger resepti

Reseptin məlumatları Baxış sayı: 17 078

Tarix : 27-10-2016, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qr. çəkilmiş mal əti
1 yumurta
1 dilim ağ çörək
2 hamburger bulkası
2 ədəd duzlu xiyar
1 x. q. parmezan pendiri
0.5 qırmızı soğan
2 pomidor
0.5 kahı dəstəsi
1 ədəd təzə xiyar
1 x. q. bitki yağı
1 x. q. zeytun yağı
0.5 çay qaşığı iri dənli xardal
0.5 quru qırmızı acı bibər
1 çimdik üyüdülmüş qoz,
duz, üyüdülmüş qara bibər

Hazırlanması:
- Quru qırmızı acı bibəri həvəngdəstədə döyün. Bir dilim çörəyin qıraqlarını ayırıb içini əzin. Soğanı təmizləyin xırda-xırda doğrayın. Böyük qabda farş, soğan, acı bibər, yumurda, çörək içi, xardal, parmezan, qoz, duz və üyüdülmüş qara bibəri qarışdırın. Alınmış qarışıqdan iki kotlet düzəldin, boşqaba qoyub üstünü streclə örtün, 30 dəqiqəlik soyuducuya qoyun.
- Kotletlər soyuducuda qaldığı müddətdə kahının yarpaqlarını əllə qırın, yaxşıca yuyun, salfet kağızı ilə qurudun. Tərəvəzləri yuyun. Kahıları uzunsov, təzə xiyar və pomidorları kub şəklində kəsin. Tərəvəzləri və kahıları bir kasaya qoyun, üzərinə zeytun yağı töküb, duz, istiot vurub qarışdırın. Ehtiyyatla qarışdırıb qıraqda saxlayın.
- Duzlu xiyarları nazik dilimlərlə kəsin.
- Tavada bitki yağını qızdırın, arada çevirə-çevirə 10 dəq kotletləri qızardın.
- Bulkaları ortadan iki yerə bölün, hər iki tərəfini 2 dəqiqə olmaqla qızardın. Kotletləri bulkaların arasına qoyub, duzlu xiyar və tərəv qarışığı ilə zövqə uyğun formada süfrəyə verin.

Nuş olsun!
Etiketlər: xiyar, qırmızı, bibər, üyüdülmüş, Tərəvəzləri, xardal, bibəri, xırda, zeytun, qoyun, kəsin, qoyub, qarışdırın, çevirə, yuyun, qızardın, duzlu, çörək, parmezan, dilim
BİZİ İZLƏYİN