• Balqabaq və pomidor souslu makaron resepti

Reseptin məlumatları Baxış sayı: 11 684

Tarix : 19-09-2016, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Makaron – 1 paket
Balqabaq – 200 qram
Pomidor – 1 ədəd
Qırmızı soğan – 1 ədəd
Bibər pastası – 1 x.q.
Sarımsaq – 4 diş
Qurudulmuş cəfəri – 1 x.q.
Duz, qara istiot

Hazırlanması:
Makaronun lazımi qaydada qaynadın. Soğan və sarımsağı kiçik ölçülərdə doğrayaraq qovurun. Daha sonra balqabaq və pomidorları kub formasında doğrayaraq tavaya əlavə edib qovurun. Duz və qara istiotu da tökün. Qaynadılmış makaronları sousun üzərinə əlavə edib qarışdırın. Üzərinə qurudulmuş cəfəri səpib, zövqə görə pendir də rəndələyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qovurun, əlavə, cəfəri, doğrayaraq, tökün, Qaynadılmış, makaronları, istiotu, paket, pomidorları, formasında, tavaya, sousun, üzərinə, pendir, rəndələyə, bilərsiniz, zövqə, səpib, qarışdırın
BİZİ İZLƏYİN