• Əsil Aralıq dənizi souslu resepti

Reseptin məlumatları Baxış sayı: 12 109

Tarix : 21-09-2016, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Spagetti – 350 qr
Dəniz ilbizi (krivetka) – 300 qr
Hisə verilmiş toyuq əti – 80 qr
Qabıqsız pomidor – 300 qr
Cəfəri – 1 dəstə
Zeytun yağı – 2 x.q
Zövqə görə duz və istiot

Hazırlanması:
1,5 litr suyu qaynadın, duz vurun. Qaynadılmış suya krivetka əlavə etdikdən sonra bir dəqiqə qaynadın. Suyu kənara boşaltdıqdan sonra krivetkaları boşqaba qoyun. Cəfərini yuyub iki yerə bölün. Toyuq ətini ya doğrayın, ya da blenderdən keçirərək üzərinə cəfərinin yarısını əlavə edin. Yağlanmış tavada əti 5 dəq. qızardın. Qabıqsız pomidorları əlavə etdikdən sonra 10 dəq. bişirin. Üzərinə duz və istiot tökün. Krivetkanı təmizləyin və sousa əlavə etdikdən sonra 2 dəq. bişirin. Makaronu bişirib sousu üzərinə əlavə etdikdən sonra cəfəri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, etdikdən, qaynadın, istiot, Qabıqsız, üzərinə, krivetka, bişirin, qızardın, pomidorları, yarısını, blenderdən, doğrayın, keçirərək, cəfərinin, Yağlanmış, tavada, Üzərinə, bişirib
BİZİ İZLƏYİN