• Sobada alma ilə ördək resepti

Reseptin məlumatları Baxış sayı: 15 166

Tarix : 16-01-2017, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel


Tərkibi:
Ördək-3 kg
Alma (turş)-2 ədəd
Ördəyin içalatı
Sarımsaq-4 diş
Zeytun yağı-2 x.q.
Duz
İstiot

Hazırlanması:
Ördəyi sabah bişirəcəksınızsə onda onu gecədər marinad edib qoyun soyuducuya. Bu dadlı və qoxusuz ördək üçün vacibdi. Ördəyi yaxşı yuyub, qurulayırıq. Sarımsağı sarımsaq sıxandan sıxırıq üsdünə duz, istiot, zeytun yağı tökürük. Qarışdırırıq. Və ördəyimizə yaxşı yaxşı hər tərəfinə və içinə sürtürük. Qoyuruq gecə belə soyuducuda qalsın. Səhər çixardırıq içindəki yağından biraz kəsib tavada qızdırırıq, içalatını (ürək,ciyər və s.) xırda kəsib o yağda qızardırıq. Almaları kub kəsib, qizarmış içalata qatib ördəyin içinə doldururuq. Diş çopu ilə bərkidirik iki tərəfi ki, çixmasın üzə. Ördəyi listə qoyuruq, üstünü folqa ilə qapaq kimi örtürük. 180 dərəcədə 3 saat bişdi bu cür məndə. 3 saatdan sonra üstünü açın ki, üstü qızarsın. Tex tez açıb, çixan yağdan üsdünə sürtün. Bişmə saatı kg asılıdır. Neçə kg ördəkdisə o gədər saat da bişəcək folqanın altında. Məndə 3 kg idi 3 saat da bişdi.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: Ördəyi, kəsib, yaxşı, içinə, bişdi, üstünü, üsdünə, bərkidirik, tərəfi, çixmasın, qoyuruq, listə, ördəyin, qızardırıq, yağda, xırda, ciyər, Almaları, qizarmış, folqa
BİZİ İZLƏYİN