• Naxçıvan dolması resepti

Reseptin məlumatları Baxış sayı: 18 881

Tarix : 25-01-2017, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1 kiloqram yumşaq ət,
300 qram baş soğan,
300 qram noxud ləpəsi,
9-10 ədəd orta boylu badımcan,
pomidor,
bibər,
duz,
istiot
sarıkök.

Hazırlanması:
Əvvəlcə ət və ləpəni ayrıca qablarda üzərinə su töküb bişirmək lazımdır. Ət bişəndən sonra soyudulur və xırda-xırda doğranılır. Soğan doğranılır və yağda qızardılır. Soğan tam qızarmadan, ət bura əlavə edilir, bir az da ətlə soğan bir yerdə qovurulur. Bunların üzərinə isə bişmiş noxud ləpəsi tökülür. Duz, istiot, sarıkök də vurulandan sonra hazır iç soyumağa qoyulur.

Badımcanlar soyulur və içi oyulur. Badımcanların içi duzlanır və istiotlanır. Qalan tərəvəzlərin də içi çıxarılır. Badımcanlar əvvəlcə üzü aşağı şəkildə yüngülcə sıxılır, sonra içi doldurulur. Azca yağ tökülmüş tavaya düzülür. Bibərləri də düzəndən sonra ətin bulyonu, sürtgəcdən keçirilmiş pomidor əlavə edilir. İçi doldurulmuş pomidor da üstdən düzülür. Yemək orta odda bişirilir.

Nuş olsun!
Etiketlər: sonra, pomidor, sarıkök, xırda, əlavə, edilir, istiot, üzərinə, doğranılır, soğan, Badımcanlar, noxud, ləpəsi, Soğan, düzülür, aşağı, şəkildə, Qalan, duzlanır, Badımcanların
BİZİ İZLƏYİN