• Kartof küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 14 903

Tarix : 28-01-2017, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 kq orta böyüklükdə kartof
- 100 qram rəndələnmiş holland pendiri
- Duz
- İstiot
- Qoz
- 2 yumurta
- 40 qram kartof nişastası

Hazırlanması:
Kartofları qabıqlı halda bişənə kimi qaynadın. Bişdikdən sonra oddan götürüb qabıqlarını soyun. Kartoflar soyuyandan sonra əzib püre halına gətirin. Kartof püresinin üzərinə yumurta, duz, istiot, kartof nişastası və holland pendiri əlavə edib xəmir halına gələnə kimi qarışdırın. 20 dəqiqə soyuducuda saxlayın. Soyuducudan çıxardığınız kartof püresindən qoz boyda küftələr hazırlayın. Hazırladığınız küftələri yağ və un tökülmüş tavaya düzün və hər tərəfinin una batmasına çalşın. Qızarana kimi bişirin.

Nuş olsun!
Etiketlər: kartof, yumurta, nişastası, pendiri, holland, halına, sonra, püresindən, boyda, küftələr, çıxardığınız, soyuducuda, qarışdırın, dəqiqə, hazırlayın, saxlayın, Soyuducudan, tökülmüş, batmasına, çalşın
BİZİ İZLƏYİN