• Qabaq küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 16 761

Tarix : 23-10-2015, 13:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
-2 ədəd qabaq (orta boy);
- 1 ədəd soğan
- 2 ədəd yumurta
- 100–150 q. pendir
- 4 x. q. un
- göyərti
- 1 diş sarımsaq
- istiot
- duz
- duru yağ

Hazırlanması:
Qabağın qabığını soyub, rəndənin böyük gözündən keçiririk. Ərzaqları qarışdırmaq üçün qaba rəndədən keçirilmiş qabaq, soğan və pendir (adi bərk pendir, suluquni və ya brınza pendirləri istifadə edilə bilər) , xırda doğranmış cəfəri və sarımsaq, 2 ədəd yumurta, istəyə görə istiot və duz , 4 xörək qaşığı un əlavə edilir və yaxşıca qarışdırılır. Xəmir duru olmamalıdır. Əgər lazım gələrsə biraz un əlavə edilə bilər.
Tavaya duru yağ töküb isidirik. Sonra qaşıqla xəmiri töküb iki tərəfli qızardırıq.

Nuş olsun!
Etiketlər: pendir, istiot, bilər, əlavə, töküb, sarımsaq, edilə, soğan, qabaq, yumurta, Xəmir, olmamalıdır, qarışdırılır, edilir, xörək, qaşığı, lazım, yaxşıca, biraz, xəmiri
BİZİ İZLƏYİN