• Klassik ratatuy resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 921

Tarix : 8-02-2017, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2-3 ədəd balqabaq
2-3 ədəd badımcan
3-4 ədəd pomidor
3-4 ədəd kartof
Tərəvəzlər eyni qalınlıqda olursa görüntü daha gözəl olur

Sousu üçün:
3-4 pomidor
1 ədəd böyük soğan
3-4 diş sarımsaq
2-3 ədəd bibər
Yarım çay stəkanı maye yağ
1 yemək qaşığı kərə yağı
Duz, qara bibər, kəklik, pul bibər
Üzəri üçün rəndələnilmiş holland pendiri

Hazırlanması:
Badımcanları yumru şəklində doğrayın və duzlu suda gözlədin. Bu vaxt sosumuzu hazırlayaq. Soğanı incə doğrayın və yağda qovurun. Yüngül qovurduqdan sonra doğranmış sarımsaq və bibəri əlavə edək. 2-3 dəqiqə qovurun və qabıqsız doğranmış pomidoru və kərə yağı əlavə edək. 2-3 dəqiqə bişirək. Ədviyyatları əlavə edək və qızılı bağlayaq. Bir nimçə içinə sousu tökək. Tərəvəzləri eyni qalınlıqda yumru doğrayaq və duzlayaq. Sıra ilə üst-üstə düzüb yatırdaraq sousun üzərinə yerləşdirək. Üzərini alüminium folya ilə bağlayıb 180-200 dərəcə isidilmiş sobaya qoyaq. 20 dəqiqə üstü bağlı bişirək. Sonra folyonu qaldıraq və tam bişənə qədər sobada saxlayaq. Bişdikdə üzərinə holland pendiri tökək və qızarana qədər təkrar sobaya qoyaq.

Klassik ratatuy resepti - FOTO RESEPT

Klassik ratatuy resepti - FOTO RESEPT

Klassik ratatuy resepti - FOTO RESEPT


Hazırlanması:
Etiketlər: doğrayın, tavaya, səpin, Pomidor, tökün, örtün, yuyun, zövqə, əlavə, zeytun, dəstə, çıxsın, acısı, Formaya, növbəli, yarısını, duzlayın, sousun, Tərəvəzləri, halqa
BİZİ İZLƏYİN