• Kartof dolması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 35 777

Tarix : 25-07-2014, 02:39

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q hazır bişmiş qiymə (Soğan, duz və istiot vurulmuş)
14-15 ədəd kartof
2 x. qəridilmiş kərə yağı
1/2 ç.q sarıkök
1 balaca dəstə şüyüd.
Duz
İstiot

Hazırlanması:
Kartofun üstünü yuyub duzlu suda bişiririk.
Kartof dolması resepti - FOTO RESEPT

Kartof dolması resepti - FOTO RESEPT


Bişdikdən sonra qabığını soyuruq.
Kartof dolması resepti - FOTO RESEPT


Kartofların kiçik qaşıqla içini çıxardırıq. (Əgər istəsəniz içindən çıxan kartofları qiyməyə qarışdıra bilərsiniz. Onda dolmalıq kartofların sayını çoxaldarsınız.)

Hazır bişmiş qiymənin üstünə şüyüdü yuyub xırda doğrayıb tökürük və qarışdırırıq.
Kartof dolması resepti - FOTO RESEPT


Qiyməni kartofların içinə yığırıq.
Kartof dolması resepti - FOTO RESEPT


Qazana yığılmış dolmaların üstünə sarıkök səpib yağ tökürük. Az miqdarda su da əlavə edirik. (Su tökməyə də bilərsiniz.)
Kartof dolması resepti - FOTO RESEPT


Vam odda hazır olanadək bişiririk. Dolmamız hazırdır.
Kartof dolması resepti - FOTO RESEPT


Dolmanı süfrəyə verdikdə yanında müxtəlif növ tutmalar qoyulur.

Nuş olsun!
Etiketlər: üstünə, sarıkök, yuyub, tökürük, bilərsiniz, bişiririk, hazır, bişmiş, kartofların, içinə, yığılmış, yığırıq, Qazana, Qiyməni, xırda, qiymənin, Hazır, şüyüdü, dolmaların, doğrayıb
BİZİ İZLƏYİN