• Ev üsulu lahmacun resepti

Reseptin məlumatları Baxış sayı: 17 972

Tarix : 5-02-2017, 22:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri:
250 qram un
1 stəkan yarım su
1 çay qaşığı maya
1 çay qaşığı duz

İçliyi:
200 qram qiymə
2 ədəd pomidor
1 ədəd böyük soğan
2 ədəd yaşıl bibər
Cəfəri
4 diş sarımsaq
1 çay qaşığı tamad

Hazırlanması:
İçliyi hazırlamaq üçün soğan, sarımsaq, pomidor, cəfəri, bibəri çəkin sonra qiyməyə əlavə edib qarışdırın.

Lahmacun xəmiri üçün unu ələyərək bir qaba qoyun. Maya və duz əlavə edin. İlıq suyun içinə zeytun yağı tökün. Unun ortasını açaraq suyu bura tökün və yoğurun. Yumşaq bir xəmir əldə etdikdən sonra üzərini bağlayıb kənara qoyun. Daha sonra xəmiri unlanmış bir qaba qoyub tikələrə bölün. Hər tikənı oxlavla incə bir şəkildə açın. Açdığınız xəmirin içinə qiymədən eyni miqdarda nazik şəkildə qoyun. Sobanı azca yandırın. Tavanı isidib lahmacunu içinə qoyun. Lahmacunun altı və kənarları qızardıqdan sonra götürüb iki qatlayın. İsti halda süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qoyun, sonra, içinə, qaşığı, sarımsaq, tökün, xəmiri, şəkildə, soğan, İçliyi, pomidor, əlavə, xəmirin, qiymədən, Açdığınız, təqdim, tikənı, unlanmış, qoyub, tikələrə
BİZİ İZLƏYİN