• Toyuq əti və göbələklə ştrudel resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 554

Tarix : 7-02-2017, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
260 q un (+ yoğurmaq üçün də bir qədər)
1 yumurta
2 x.q. bitki yağı
1 çimdik duz
120 ml otaq temperaturunda su

iç:
1 kq toyuq budu (sümüksüz və dərisiz)
250 q şampinyon
150 q bərk pendir
3 diş sarımsaq
1 dəstə cəfəri
4 x.q. narın suxarı
duz
istiot

Hazırlanması:
Xəmir: Unu duzla qarışdırıb ortasında çuxur açın. Yağ, su, yumurtanı bu çuxura töküb unu qıraqlardan ortaya gətirməklə xəmir qatın.

Masanın üzərinə 1 x.q. un səpib xəmiri üzərinə qoyun və yoğurun. Yumşaq, elastik, ələ yapışmayacaq hala gələnədək yoğurun. Xəmir bərk olmamalıdır. Ləyənçəyə qoyub üzərinə qida plyonkası çəkin. Soyuducuda 30 dəqiqə saxlayın.

İç: Əti quşbaşı, göbələyi fal-fal doğrayın. Pendiri sürtgəcin iri gözündən keçirin. Sarımsaqla cəfərini xırda doğrayın.

İti odda bitki yağını qızdırıb əti 1-2 dəqiqə olmaqla hissə-hissə qızardın. Qaba yığın.

Eyni tavada göbələyi yumşalınca qovurun. Toyuğa əlavə edib iç üçün olan digər ərzağı da qatın (suxarıdan savayı). Duz-istiot vurub qarışdırın.

Növbəti addımda xəmiri yayıb dartmaq lazımdır.

Masanın üzərinə kətan dəsmal (50x70 sm) sərib üzərinə un səpin. Ortasına xəmiri qoyub oxlovla dəsmalın ölçüsündə yayın. Bundan artıq yaymaq mümkün olmadığından xəmiri əlinizlə dartmalı olacaqsınız. Əgər xəmiri düzgün yoğurmusunuzsa, yaxşı dartılacaq. Amma çalışın, xəmiri cırmayın.

Napnazik yayılmış düzbucaqlı xəmirin kənarlarından 2 sm, sağ tərəfindən isə 20 sm saxlamaqla üzərinə narın suxarı səpin.

Suxarının üzərinə içi yerləşdirin.

Dəsmalın kənarını qaldıraraq xəmirin təmiz (suxarısız) qaldığı yerə doğru rulet kimi bükün.

Ruletin kənarlarını bitişdirin. Perqament döşənmiş formaya qoyun.

Üzərinə ərinmiş kərə yağı çəkin. 200 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin.

Hazır ştrudeli sobadan çıxarandan sonra 10 dəqiqə soyudun. Sonra doğrayıb süfrəyə verin.

Toyuq əti və göbələklə ştrudel resepti - FOTO RESEPT

Toyuq əti və göbələklə ştrudel resepti - FOTO RESEPT

Toyuq əti və göbələklə ştrudel resepti - FOTO RESEPT

Toyuq əti və göbələklə ştrudel resepti - FOTO RESEPT

Toyuq əti və göbələklə ştrudel resepti - FOTO RESEPT

Toyuq əti və göbələklə ştrudel resepti - FOTO RESEPT

Toyuq əti və göbələklə ştrudel resepti - FOTO RESEPT

Toyuq əti və göbələklə ştrudel resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, xəmiri, dəqiqə, narın, Masanın, suxarı, istiot, qoyun, yoğurun, Xəmir, xəmir, xəmirin, bitki, səpin, göbələyi, çəkin, doğrayın, qatın, qoyub, hissə
BİZİ İZLƏYİN