• Tərəvəzli plov resepti

Reseptin məlumatları Baxış sayı: 35 412

Tarix : 26-05-2014, 12:51

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
2 su stəkanı düyü
1 xörək qaşığı zeytun yağı
1 ədəd qaynadılmış kök
1 su stəkanı qaynadılmış göy noxud
3 su stəkanı su
Duz

Hazırlanması:
Düyünü yuyub, suyunu süzün. Qazana 1 xörək qaşığı zeytun yağını əlavə edin. Düyüləri əlavə edib, 1-2 dəqiqə qarışdırın. Kub-kub doğranmış kök ilə göy noxudu və 3 su stəkanı suyu əlavə edin. Duzunu qatın. Plov suyunu çəkənə qədər dəmləndirib, daha sonra qazanı odun üzərindən götürün.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, xörək, suyunu, qaynadılmış, qaşığı, zeytun, qədər, çəkənə, Duzunu, dəmləndirib, qatın, qazanı, olsun, götürün, üzərindən, noxudu, sonra, Düyüləri, yuyub
BİZİ İZLƏYİN