• Kükü plov resepti

Reseptin məlumatları Baxış sayı: 14 221

Tarix : 24-10-2016, 21:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 st uzun düyü
4-5 x.q əridilmiş kərə yağı
8 ədəd yumurta
4-5 dəstə göyərtilər (ispanaq, turşəng, nanə, şüyüd, keşniş, kəvər və s. istədiyiniz göyərtidən istifadə edə bilərsiniz)
Sarıkök ya da zəfəran
Duz
Istiot

Qazmaq üçün:
1 ədəd yumurta
3 x.q qatıq

Hazırlanması:
Düyünü yuyub suda qoyuruq.
Adi qaydada duzlu suda düyünü bişirib süzürük.
Qazana az yağ töküb qızdırırıq.
Üstünə az düyüdən və çalınmış yumurta ilə qatıq qarışığını töküb qarışdırıb qalınlığı 1 sm olmaqla qazanın dibinə yayırıq.
Düyünün yarısını tökürük.Qalan yarısına sarıkök ya da zəfəran şirəsi töküb qazana yığırıq. Yağ əlavə edib aşı 45 dəqiqə -1 saat dəmə qoyuruq.Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Tavaya yağ töküb qızdırırıq.
Göyərtini yağda töküb bişiririk. Duz tökürük.
Yumurtanın üstünə düz və istiot səpib çalırıq.
Göyərti bişdikdə çalınmış yumurtanı üstünə töküb qarışdırıb yayırıq. Kükünün hər iki üzünü bişiririk.(dörd ya da iki yerə bölüb çüviririk) Kükümüz hazırdır.
Plov dəm aldıqda qaba təpəcik şəklində yığıb üstünü qazmaq və küküdən zövqə görə romb ya da üçkünc kəsib bəzəyib qaynar yağ tökürüb süfrəyə veririk.

Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Nuş olsun!
Etiketlər: töküb, yumurta, üstünə, qatıq, zəfəran, qoyuruq, qızdırırıq, çalınmış, bişiririk, qarışdırıb, yayırıq, tökürük, çalırıq, sonra, yuduqdan, bişdikdə, təmizləyib, xırda, Göyərti, səpib
BİZİ İZLƏYİN