• Badımcanla toyuq qanadı qovurması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 114

Tarix : 2-11-2016, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Tərkibi:
500 q toyuq qanadları
1 badımcan
1 bolqar bibəri
1 baş soğan
1 yerkökü
acı istiot
2 sm zəncəfil kökü
1 diş sarımsaq
2 x.q. soya sousu
turşməzə sous (Blue Dragon)
100 q toyuq bulyonu
qara və ağ küncüt
dəniz duzu
qara istiot
göyərti

Hazırlanması:
Toyuq qanadlarını yuyub aşsüzənə yığın, suyu çəkilsin. Uc hissəsini kəsib atın, oynaq hissədən iki bölün.

Hər iki üzünü tam qızardın. Dərin qaba yığıb ağzını örtün.

Soğanı yarımhalqa, yerkökünü saman kimi doğrayın. Toyuq qanadlarını qızartdığınız tavada azacıq qovurun.

Doğranmış bolqar bibərini əlavə edib 1-2 dəqiqə qovurun.

Barmaqdan azca nazik, uzunsov doğranmış badımcanı əlavə edin. Badımcan hərtərəfli qızaranda toyuq bulyonunu əlavə edin.

Toyuq qanadlarını əlavə edib qarışdırın.

Xırda doğranmış sarımsaq və acı istiotu əlavə edin.

Təmizlənib xırda doğranmış zəncəfil kökünü əlavə edin.

Soya sousu qatın. Turşməzə sous paketinin yarısını əlavə edin. Dadına baxıb duz, istiot vurun, qarışdırın, daha 5-7 dəqiqə bişirin.

Ocağı söndürüb 5 dəqiqə qazanı dəmdə saxlayın.

Süfrəyə verərkən üzərinə qara və ağ küncüt, xırda doğranmış göyərti səpin.

Badımcanla toyuq qanadı qovurması resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, istiot, toyuq, qanadlarını, Toyuq, dəqiqə, xırda, göyərti, qarışdırın, küncüt, sarımsaq, bolqar, sousu, zəncəfil, qovurun, Təmizlənib, Xırda, bulyonunu, istiotu
BİZİ İZLƏYİN