• Pendirli, soğanlı kökə resepti

Reseptin məlumatları Baxış sayı: 12 211

Tarix : 3-11-2016, 12:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. un
2 ç.q. qabartma tozu
0,5 ç.q. soda
0,75 ç.q. dəniz duzu
0,5 ç.q. qara istiot
50 q sürtgəcdən keçirilmiş parmezan (yaxud başqa pendir)
6 x.q. soyuq kərə yağı
1 dəstə göy soğan
150 q yumşaq keçi (yaxud adi) pendiri
0,75 st. qatıq
Sobanı 220 dərəcə qızdırın.

Hazırlanması:
İri qabda ələnmiş unu, qabartma tozu, soda, duz və istiotu qarışdırın. Parmezanla kubik doğranmış yağ əlavə edib, əlinizlə ovun. Xırda doğranmış göy soğan və keçi pendirinin yarısını əlavə edin. Az-az qatıq əlavə edərək eynicinsli xəmir alınanadək yoğurun. Kündələyin. Un səpilmiş masanın üzərində 1 sm qalınlıqda yayın. Xəmirin yarısına keçi pendirinin qalanını səpin, digər yarısını üzərinə qatlayıb bir də yayın. Bu dəfə qalınlığı 1 sm-dən azca çox olsun.

Xəmiri perqament döşənmiş siniyə qoyun. Kvadratlara bölün. Üzərinə pendir səpin. Təxminən 15 dəqiqə, qızılı rəng alanadək bişirin.

Bu kökələri süfrəyə həm isti, həm soyuq halda vermək olar.

Nuş olsun!
Etiketlər: əlavə, soyuq, pendir, soğan, qatıq, yarısını, pendirinin, səpin, olsun, yayın, yaxud, doğranmış, qabartma, qalınlığı, qatlayıb, digər, Xəmirin, yarısına, qalanını, Xəmiri
BİZİ İZLƏYİN