• Göbələk və boranı ilə toyuq qovurması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 150

Tarix : 13-11-2017, 18:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Tərkibi:
1 kq toyuq filesi
400 q boranı
300 q şampinyon
1 iri baş soğan
200 ml xama
1 x.q. limon şirəsi
duz
istiot

Hazırlanması:
Boranını tərəfi 1-1,5 sm olan kubiklərə doğrayın.

Şampinyonları dörd bölün.

Soğanı xırda doğrayın.

Fileni quşbaşı doğrayın. İti odda bitki yağında 3 dəqiqə qızardın. Çıxarıb boşqaba yığın.

Həmin tavada soğanı 2-3 dəqiqə qovurun.

Göbələklə boranını əlavə edib qarışdıraraq 10 dəqiqə qovurun.

Limon şirəsi, toyuq əti və xamanı əlavə edin. Duz-istiot qatın.

Qaynara düşəndən sonra tavanın qapağını qoyub vam odda 10-15 dəqiqə, boranı yumşalanadək bişirin.

Süfrəyə verərkən üzərinə xırda doğranmış şüyüd səpin.

Göbələk və boranı ilə toyuq qovurması resepti - FOTO RESEPT

"Bu yeməyi bişirmək prosesi nəticəsi kimi – tam bir həzdir. Və qoy, sonda yığılacaq çirkli qabların sayı kədərləndirməsin, çünki Fairy ilə ən yağlı qabların belə öhtəsindən rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!”

Nuş olsun!
Etiketlər: dəqiqə, doğrayın, istiot, şirəsi, xırda, toyuq, qovurun, boranı, əlavə, Qaynara, düşəndən, qatın, boranını, sonra, Limon, xamanı, qarışdıraraq, qapağını, üzərinə, doğranmış
BİZİ İZLƏYİN