Tərkibi:12 bildirçin yumurtası
500 q toyuq qiyməsi
1 dəstə cəfəri
2 toyuq yumurtası
150 q narın suxarı
2 x.q. un
300-500 q bitki yağı
duz
istiot
xardal (sous qismində)
Hazırlanması:Bildirçin yumurtalarını qazana qoyub üzərinə su tökün, qaynara düşəndən sonra 3-4 dəqiqə bişirin. Qabıqlarını soyun.
Cəfərini xırda doğrayın. Toyuq qiyməsinə duz-istiot vurun, cəfərini və 1 toyuq yumurtasını əlavə edib yaxşıca qarışdırın.
Bir qaba 1 toyuq yumurtası qırın, ikinci qaba un, üçüncü qaba narın suxarı tökün.
Qiymədən azca götürüb əlinizdə yastılayın. Ortasına bildirçin yumurtası qoyun. Qiymə ilə üzərini tam örtüb, kürə formasına salın.
Əvvəl bu kürəni una, sonra çalınmış yumurtaya, sonda isə narın suxarıya batırın.
Dərin tavada, yaxud qazançada bitki yağını qızdırın, kürələri içinə salıb hərtərəfli 7-8 dəqiqə ərzində qızardın.
Süfrəyə kahı, xardal sousu və sevdiyiniz qarnirlə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: yumurtası, toyuq, narın, xardal, tökün, bildirçin, istiot, dəqiqə, sonra, suxarı, bitki, çalınmış, kürəni, yumurtaya, suxarıya, batırın, Əvvəl, sonda, salın, Qiymə