• Ətlə lavaş piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16228

Tarix : 5.11.2016, 20:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 bağlama nazik lavaş
250-300 q qiymə
1 soğan
2-3 yumurta
ketçup
xama və ya mayonez
duz
istiot
ədviyyat
pendir

Hazırlanması:
Qiyməni kotlet üçün hazırladığınız qaydada doğranmış soğan, duz-istiotla qarışdırın. Sonra lavaşların üzərinə nazik, bərabər qat çəkib 10-15 dəqiqə saxlayın. Bu müddətdə lavaş qiymənin şirəsini hopduracaq və daha elastik olacaq, bükəndə də cırılmayacaq. Lavaşları səliqəylə rulet kimi bükün.
Formanı yağlayıb ruletləri spiral kimi, yaxud yanaşı düzün (formanın ölçüsü və formasından asılıdır).
Yumurta, xama (mayonez), ketçup və ədviyyatı qarışdırın, duz vurun. Bunu lavaş ruletlərinin üzərinə bərabər qaydada tökün. Bu sous ruletləri tam örtməli, hətta 1-2 sm üzərinə çıxmalıdır. Çobada 30 dəqiqə bişirin. Hazır olmamışdan 5-10 dəqiqə əvvəl üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

Ətlə lavaş piroqu resepti - FOTO RESEPT

Ətlə lavaş piroqu resepti - FOTO RESEPT

Ətlə lavaş piroqu resepti - FOTO RESEPT

Ətlə lavaş piroqu resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: üzərinə, lavaş, dəqiqə, pendir, qaydada, qarışdırın, bərabər, mayonez, nazik, ruletləri, soğan, ketçup, asılıdır, Yumurta, ədviyyatı, vurun, düzün, yaxud, spiral, yanaşı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN