• Kartoflu toyuqlu Frikase resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11630

Tarix : 9.11.2016, 14:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
100 qr toyuq əti
30 qr un
30 qr göbələk
2 ədəd soğan
3 stəkan kremli süd
2 ç.q bitki yağı
2 qr Vorçester sosu
130 qr kartof
15 qr pendir
15 qr xiyar
2 ç.q duz
1 ç.q istiot

Hazırlanması:
Kartoflu toyuqlu Frikase resepti - FOTO RESEPT

Tərəvəzləri və göbələyi yuyuruq. Daha sonra kartofları qaynamağa qoyuruq. Əti isə hissələrə bölürük

Kartoflu toyuqlu Frikase resepti - FOTO RESEPT

Göbələkləri təmizləyir və doğrayırıq. Soğanın qabığını soyub doğrayır və sonra qaynadılan kartofları halqa şəklində doğrayırıq.

Kartoflu toyuqlu Frikase resepti - FOTO RESEPT

Əti qaynadır, istiotlayır və üzərinə un vururuq.

Kartoflu toyuqlu Frikase resepti - FOTO RESEPT

Hazır olan əti qızartmaq lazımdır. Daha sonra isə üzərinə göbələk və soğanları əlavə etmək və hamısını birlikdə bişirmək

Kartoflu toyuqlu Frikase resepti - FOTO RESEPT

Tavaya bir az doğranmış gavalı və sos əlavə edir, sosun yeməyə tam qarışmasını gözləyirik.

Kartoflu toyuqlu Frikase resepti - FOTO RESEPT

Gavalılarla birlikdə üzərinə duz, istiot əlavə edilmiş kartoflar bişməyə başlayır. Daha sonra üzərinə (15 dəq sonra) pendiri əlavə etmək və 180 dərəcə temperarturda tam bişirməyə qoymaq lazımdır.

Kartoflu toyuqlu Frikase resepti - FOTO RESEPT

Hazır olan yeməyi boşqaba düzür, daha gözəl görünməsi üçün xiyar, pomidor və göyərtilərlə üzərini bəzəyirik.

Nuş olsun!


Etiketlər: sonra, əlavə, üzərinə, doğrayırıq, kartofları, lazımdır, birlikdə, etmək, istiot, Hazır, xiyar, göbələk, Gavalılarla, gözləyirik, edilmiş, bişməyə, qarışmasını, kartoflar, sosun, Tavaya
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN