• Badımcanlı parmicano resepti

Reseptin məlumatları Baxış sayı: 16 513

Tarix : 6-08-2014, 21:52

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 badımcan
1 dəstə reyhan
5 x.q. zeytun yağı
150 q motsarella pendiri
100 q parmezan pendiri (sürtgəcdən keçirilmiş)
200 q öz şirəsində pomidor konservi
duz
qara istiot

Hazırlanması:
Badımcanları yuyub fal-fal doğrayın. Nə çox qalın, nə də çox nazik olsun.
Hər iki üzünü duzlayıb 15 dəqiqə saxlayın. Sonra duzun artığını salfetlə təmizləyin.
Badımcanları zeytun yağında qızardın. Artıq yağını çəkməsi üçün kağız salfetin üzərinə düzün. Sonra badımcanları qaba yığın.

Motsarellanı nazik dilimləyin. Reyhanı xırdalayın.
Sobanı 220 dərəcə qızdırın. Siniyə perqament döşəyin. Üzərinə lay-lay düzün: badımcın + motsarella + pomidor + reyhan + parmezan + badımcan + parmezan.
5-10 dəqiqə sobada bişirin. Üzərinə parmezan və xırdalanmış reyhan səpin.

Nuş olsun!
Etiketlər: parmezan, reyhan, pomidor, dəqiqə, nazik, Sonra, Badımcanları, düzün, Üzərinə, olsun, zeytun, motsarella, pendiri, badımcan, xırdalayın, Reyhanı, badımcanları, salfetin, üzərinə, yığın
BİZİ İZLƏYİN