• Pesto sousu ilə toyuq kotleti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 108

Tarix : 6-08-2014, 22:46

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


"Pesto sousunun hazırlanma qaydası"ndan bəhs etmişdik. Bu dəfə asan, amma çox dadlı kotletlərin hazırlanmasında pesto sousundan istifadə edəcəyik. Yəni süfrəmizə italyan dadı təşrif buyuracaq. Pestolu kotletləri kartofla, düyü ilə süfrəyə verə bilərsiniz.

Tərkibi:
Pesto üçün:

1 dəstə yaşıl reyhan
2 x.q. xırdalanmış qoz
30 q parmezan və ya digər oxşar pendir
2 diş sarımsaq
2-3 x.q. birinci əl soyuq emal zeytun yağı
duz

Kotlet:
600 q toyuq filesi
2 dilim ağ tost çörəyi (qabığını soyun)
1 yumurta
1 diş sarımsaq
duz
narın suxarı

Pesto sousu ilə toyuq kotleti resepti - FOTO RESEPT


Hazırlanması:
Pesto üçün olan bütün ərzağı blenderdən keçirin. O, çox duru olmamalıdır, ona görə də yağı tədricən əlavə edin.

Pesto sousu ilə toyuq kotleti resepti - FOTO RESEPT


Toyuq filesini ət maşınından keçirin. Yumurta, üzərinə sarımsaq çəkilib suda (və ya süddə) isladılmış ağ çörək əlavə edib qarışdırın. Duz vurub yaxşıca yoğurun.

Pesto sousu ilə toyuq kotleti resepti - FOTO RESEPT


Qiymədən götürüb kotletlər tutun, içlərinə 1 ç.q. pesto sousu qoyun, qırağını birləşdirib kotlet forması verin. Narın suxarıya batırıb tavada orta itilikli ocaqda bişirin.

Pesto sousu ilə toyuq kotleti resepti - FOTO RESEPT


Hər üzünü təxminən 6-8 dəqiqə qızardın.

Pesto sousu ilə toyuq kotleti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Pesto, sarımsaq, pesto, əlavə, keçirin, Qiymədən, çörək, isladılmış, qarışdırın, yoğurun, süddə, vurub, yaxşıca, Yumurta, tədricən, olmamalıdır, blenderdən, Toyuq, filesini, üzərinə
BİZİ İZLƏYİN