• Piri-piri sousu ilə toyuq qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 13 000

Tarix : 20-11-2016, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 bolqar bibəri
2 Çili istiotu
3 x.q. limon şirəsi
1 ç.q. paprika
2 diş sarımsaq
500 q toyuq filesi
30 ml zeytun yağı
duz

Hazırlanması:
Bolqar bibəri ilə Çili istiotunu yuyun, təmizləyib doğrayın. Qazana yığıb limon şirəsi tökün. Vam odda 10 dəqiqə bişirin. Sonra əl blenderinin köməyi ilə püre halına salın. Paprika, sarımsaq və duz əlavə edib yenidən xırdalayın.

Toyuq filesinin üzərində diaqonal üzrə üç kəsik edin, əti odadavamlı qaba qoyun. Üzərinə bibərli sousu və zeytun yağı gəzdirin.

180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Qarnir olaraq düyü, yaxud tərəvəz salatı seçə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sarımsaq, zeytun, bişirin, şirəsi, bibəri, dəqiqə, limon, qoyun, Üzərinə, odadavamlı, üzərində, Toyuq, filesinin, bibərli, diaqonal, kəsik, qızdırılmış, yaxud, tərəvəz, salatı
BİZİ İZLƏYİN