• Kartof ruletləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 738

Tarix : 20-11-2016, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
100 ml su
200 q un
1 x.q. günəbaxan yağı
2 çimdik sarıkök
4 kartof
1 ç.q. şəkər tozu
1,5 ç.q. duz
1 dəstə göyərti
1/4 ç.q. karri
2 çimdik üyüdülmüş zəncəfil
1,5 ç.q. küncüt

qızartmaq üçün:
bitki yağı

Hazırlanması:
Kartofu suda qabıqlı bişirin, soyuduqdan sonra qabığını soyub əzin. Doğranmış göyərti, küncüt, duz, şəkər tozu, karri və zəncəfil tozunu əlavə edib qarışdırın.

Un, sarıkök, duz, su və 1 x.q. bitki yağını qarışdırıb yoğurun. Üzərinə dəsmal örtüb yarım saat saxlayın.

Masanın üzərinə un səpib xəmiri təxminən 4 mm qalınlıqda yayın. İçi üzərinə döşəyib rulet kimi bükün.

2 sm qalınlıqda doğrayın.

Tavada bitki yağını qızdırın, rulet dilimlərinin hər iki üzünü qızılı rəng alanadək qızardın.

Kartof ruletləri resepti - FOTO RESEPT

Kartof ruletləri resepti - FOTO RESEPT

Kartof ruletləri resepti - FOTO RESEPT

Kartof ruletləri resepti - FOTO RESEPT

Kartof ruletləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bitki, küncüt, zəncəfil, üzərinə, rulet, qalınlıqda, karri, yağını, çimdik, sarıkök, göyərti, şəkər, yayın, döşəyib, təxminən, kartof, saxlayın, Masanın, səpib, xəmiri
BİZİ İZLƏYİN