Tərkibi:Balıq,
Yağ,
Un,
Soğan,
Duz,istiot.
Narşərab
Hazırlanması:Balıq təmizlənir, yuyulur. 10 sm enlilikdə doğranılır və ortadan iki hissəyə bölünür. Balığın üzərinə halqavari şəkildə doğranılmış soğan, duz, istiot vurulur və qarışdırılır. Bu qarışıq 30 dəqiqə olmaqla basdırma şəklində saxlanılır. Tavaya duru yağ tökülür. Balıq tikələrinin hər iki tərəfi una batırılır və balığın dərisi olan üzərində qaynarlanmış yağa salınır. Balığın hər iki tərəfi qızardıqdan sonra üzərinə halqavari doğranmış soğan, göyərti və nar qarışığı səpilir.Nar şərab və ya limon ilə süfrəyə verilir.
Nuş olsun!
Etiketlər: Balıq, halqavari, soğan, Balığın, tərəfi, üzərinə, istiot, dərisi, üzərində, qaynarlanmış, balığın, batırılır, tikələrinin, verilir, süfrəyə, salınır, doğranmış, göyərti, qarışığı, sonra