• Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 51 939

Tarix : 7-08-2014, 21:21

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq basmati düyüsü
200 q qara düyü
1 kq ət
500 q göyərti (kəvər, keşniş, reyhan, şüyüd, göy sarımsaq və s.)
500 q yaşıl maş lobyası (zövqə görə, əgər lobya istifadə etməyəcəksinizsə, göyərtini 1 kq götürün)
700 q baş soğan
500 ml ərinmiş yağ
sarıkök
zəfəran
duz
qurudulmuş laym (zövqə görə)
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Hazırlanması:
İki fərqli düyüdən plov bişirəcəksinizsə, düyüləri ayrı-ayrılıqda isladın.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT

Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Adi basmati düyüsünü 60 dərəcə C istilikli və çox duzlu suda isladın.

Enli yastı qazana, yaxud dərin tavaya əti bir lay döşəyin, su tökün, amma su ətin üzərinə çıxmasın (təxminən ətin yarısından). Qapağı örtüb orta itilikli ocağın üstünə qoyun.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Ətin suyun üstündə qalan hissəsinə görə narahat olmayın: onu buxar bişirəcək.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


İri qazanda təxminən 5 l su qaynadın, hər 1 litr üçün 1 x.q. duz əlavə edin. Qaynayanda qara düyünü əlavə edin, vaxta baxın, qara düyü hazır olmağa 10 dəqiqə qalmış basmati düyüsünü əlavə edin (qara düyünün bişmə vaxtını qablaşdırmasının üstündə yazılan qaydada ayarlayın).

Adətən, basmati düyüsünün hazır olması üçün 10 dəqiqə bəs edir, qara, qəhvəyi düyü sortları isə 40 dəqiqə və daha uzun müddətə bişir.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Yəni bu halda qara düyünü təxminən yarım saat bişirib sonra basmatini əlavə edərək daha 10 dəqiqə qaynadın.

Düyünün hazır olub-olmadığını barmaqlarınızın arasında sıxaraq yoxlayın.

Əgər qara düyü 40 dəqiqə deyil, 38, yaxud 42 dəqiqə bişsə, qorxusu yoxdur, basmatinin vaxtını isə ötürmək olmaz.

Qazanı tez-tez qarışdırın ki, düyü dibə çöküb lopalanmasın, suyun çox olmasına rəğmən qazanın dibinə yapışıb yanmasın.

Düyünü süzün. Amma aşsüzəndə çox saxlamayın, düyünün ağırlığı basıb aşağıdakı layları əzir, həmçinin qaynar olduğu üçün daha çox "bişir".
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT

Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT

Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Kərə yağı ilə yağlanmış mis, yaxud alüminium qazanın dibinə xəmirdən hazırladığınız qazmağı, yaxud hazır lavaşı döşəyin.
Aşsüzəni silkələyərək düyünü lavaşın üzərinə tökün, amma çalışın, düyü qazanın divarlarına dəyməsin, onu təpəcik formasında qazana yığın.

Qazanın qapağını dəsmalla bağlayıb qazanın ağzına qoyun.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Əvvəlcə ocağı iti edin, 15-20 dəqiqə sonra isə azaldıb dəmə qoyun.

Soğanı doğrayın, 4 x.q. ərinmiş yağda qovurun.

Bişirdiyiniz ətin rəngi çəhrayı-boz, suyu isə təmiz olmalıdır. Əgər kəfini yığmağı unutmusunuzsa, o zaman əti aşsüzənə yığın, bulyonunu isə cunadan süzün.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Qızılı rəng almış soğana sarıkök əlavə edin, əti və bulyonu da buraya qatın. Ocağı artırın ki, bulyonun bir hissəsi buxarlansın.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Bu cür hazırlamaqda məqsəd əti qıpqırmızı qızartmaq deyil, onun qəşəng qovrulması, sarıkök və soğanın dadını özünə çəkmiş yağı hopdurmasıdır. Ətə zəfəran dəmləməsi də əlavə etmək olar, həm rəngi, həm dadı üçün.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Həmçinin qurudulmuş laym da əlavə etmək olar. Qurudulmuş laym İran mətbəxinə aid ədviyyatdır. Yəni milyonlarla azərbaycanlı ailəsində səbzi-qovurmalı plovu laymsız da hazırlayırlar. Ancaq onu əlavə edəndə dadı və ətri bir qədər dəyişir.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Düyü 40 dəqiqə dəmləndikdən sonra üzərinə zəfəran dəmləməsi və ərinmiş yağın qalanını əlavə edin, qazanın qapağını örtün, bir qədər də dəm alsın.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Maş lobyasını ətə əlavə edin, tavanın qapağını örtün. Yaşıl maş lobyası buxarda 10 dəqiqəyə hazır olur. Amma vacibdir ki, qazanın qapağı örtülü ola, ətin də bulyonu tam qurumaya. Lobya bişməli, amma rəngini itirməməlidir.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Doğranmış göyərtini ətə əlavə edin, rəngi dəyişənədək bişirin.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Bəzi aşpazlar göyərtini ətə hissə-hissə əlavə edirlər, aradabir bulyon da tökürlər ki, göyərti bütün dadını ətə verə bilsin. Əgər göyərti çoxdursa, bu cür bişirmək ağlabatandır.

Ancaq səbzi-qovurmanı yaşıl maş lobyası ilə bişirirsinizsə, o zaman bütün göyərtini ətə birdəfəyə əlavə edin, qaynara düşəndə qarışdırın, ikinci dəfə qaynayanda isə ocaqdan götürün.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Düyünü və səbzi-qovurmanı ayrı-ayrı buludlara çəkin.
Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT

Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT

Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT

Səbzi-qovurmalı plov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qazanın, hazır, göyərtini, basmati, yaxud, təxminən, üzərinə, zəfəran, sarıkök, ərinmiş, göyərti, rəngi, qapağını, səbzi, düyünü, qoyun, lobyası, sonra
BİZİ İZLƏYİN