• Çin börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 16 214

Tarix : 7-08-2014, 21:36

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yuxa
4-5 yumurta sarısı
5-6 dilim boyat çörək

İç:
1 kartof
1 soğan
1 diş sarımsaq
2 yerkökü
2 qırmızı bolqar bibəri
2 qırmızı acı istiot
1 ç.q. duz
1 ç.q. şəkər tozu
1 x.q. soya sousu
1 x.q. küncüt yağı
500 q qiymə
1 ç.q. kərə yağı

qızartmaq üçün bitki yağı

Hazırlanması:
Kartof, soğan, sarımsaq və yerkökünün qabığını soyub 4 yerə bölün. Bibər və istiotları, duz, şəkər tozu, soya sousu və küncüt yağını da əlavə edib blenderdən keçirin (çox xırdalamayın).

Tavaya töküb qiymə və kərə yağı əlavə edərək bişirin.

Hər yuxanı 6 yerə bölün (cəmi 24 ədəd üçbucaq alınacaq).

Üçbucaq yuxaların geniş hissələrinə soyumuş içdən qoyub siqara börəyi kimi bükün.

Boyat çörək dilimlərini 170 dərəcə qızdırılmış sobada qızardın. Blenderdən keçirin. Börəkləri öncə çalınmış yumurta sarısına, sonra çörək ovuntuğuna batırıb qızdırılmış bitki yağında qızardın.

Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: çörək, qızardın, qiymə, küncüt, sousu, qızdırılmış, keçirin, əlavə, bölün, şəkər, bitki, soğan, qırmızı, yumurta, sarımsaq, börəyi, bükün, Boyat, olsun, siqara
BİZİ İZLƏYİN