• Qarnıyarıq börək resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 26974

Tarix : 8.08.2014, 15:44

Bölmə : Quru yeməklər, Börəklər, Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (30 ədəd):
Xəmir:

3 st. su
1 paket yaş maya (21 q)
1 st. qatıq
1 st. bitki yağı
1 yumurtanın ağı
1 x.q. şəkər tozu
1 ç.q. duz
aldığı qədər un

Arasına:
125 q marqarin
2 x.q. kərə yağı
0,5 st. bitki yağı

İç:
250 q qiymə
1 armudu st. zeytun yağı
2 iri baş soğan
1 iri badımcan
1 iri qabaq
2 acı istiot
1 orta boy pomidor
duz
pulbibər

Hazırlanması:
Yaş mayanı 3 st. ilıq suda əridin. Qatıq, bitki yağı, yumurta ağı, şəkər tozu və duz əlavə edib qarışdırın. Tədricən unu əlavə edib yumşaq, elastik xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib yarım saat saxlayın.

5 kündə tutun. 10 dəqiqə saxlayandan sonra hər birini nazik yayın.
Qarnıyarıq börək resepti - FOTO RESEPT


Əridilmiş marqarin, kərə yağı və bitki yağını qarışdırın. Yuxaları bu qarışıqla yağlayın. Sonra yuxanın kənarlarını 3 barmaq enində içəriyə qatlayın.
Qarnıyarıq börək resepti - FOTO RESEPT


Yuxanın iki qarşı tərəfini ortaya doğru, sonra isə bir-birinin üstünə qatlayın (uzun, 4 qatlı şərid alınacaq).
Qarnıyarıq börək resepti - FOTO RESEPT


Bunu 4 barmaq enində hissələrə doğrayın. Digər yuxaları da eyni qaydada hazırlayın.
Qarnıyarıq börək resepti - FOTO RESEPT


İç: qiyməni zeytun yağında qovurun, xırda doğranmış soğan əlavə edib qovurun, badımcan və qabağı soyub kubik doğrayın, qiyməyə əlavə edin, duz, pulbibər əlavə edib tərəvəzlər yarımbişmiş olanadək qovurun, sonda xırda doğranmış acı istiotu əlavə edin, 1-2 dəfə qarışdırdıqdan sonra ocaqdan götürüb bir qədər soyudun.

Xəmir parçalarının hər birini oxlovla bir qədər yayın. Orta hissəsinə qiyməni qoyub xəmirin kənarlarını üst-üstə örtün, sonra tərsinə çevirin. Orta hissəsini iti bıçaqla uzunasına çərtin, yağlanmış siniyə düzün. Üzərinə yumurta sarısı çəkin.
Qarnıyarıq börək resepti - FOTO RESEPT


Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Süfrəyə isti-isti verin.
Qarnıyarıq börək resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: əlavə, sonra, bitki, qədər, qovurun, qatlayın, doğranmış, pulbibər, yumurta, barmaq, enində, qarışdırın, Üzərinə, kənarlarını, badımcan, şəkər, qiyməni, birini, doğrayın, Xəmir
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN